Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Ordusu bütün dünyaya öz haqq səsini duyurdu

0

  •          Sentyabırın 27-dən başlayan 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındaki ərazilərimizin qaytarılmasi ilə nəticələnən "Vətən Müharibəsi" tariximizin ən parlaq mənbəyinə çevrildi. Vətən Müharibəsi ordumuzun parlaq qələbəsi ilə başa çatdı və 30 ilə yaxın işğal altında olan torpaqlarımız mənfur düşməndən tam azad edildi. Müzəffər Azərbaycan Ordusu 44 günə mümkünsüzü mümkün etdi! Azərbaycan Ordusu bütün dünyaya öz haqq səsini duyurdu. Ordumuz dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağıl ilə, zəka ilə qazanmaq olar. Şuşa Qalasının alınması isə, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq. Şuşa əməliyyatı Azərbaycan hərbçilərinin peşəkərlığının və qəhrəmanlığının bariz nümunəsidir. Erməni ordusunun qarşısında 2 seçim var idi, ya tamamilə məhv olmaq, ya da ağ bayraq qaldıraraq təslim olmaq. Nəhayət, Paşinyan höküməti "Şanlı Ordumuz" qarşısında tab gətirə bilməyəcəyini anlayıb təmsil olmaq haqqında müqaviləyə imza attı. 8 Noyabr Qarabağa qovuşduğumuz tarix oldu. 10 Noyabr isə "Zəfər Günü" kimi xalqımızın tarixinə əbədi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya sübut etdi ki, bir qarış torpağımızı heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.Anar Əbdülov,Xocalı şəhər sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib40 dəfə
    Azərbaycan Ordusu bütün dünyaya öz haqq səsini duyurdu

    Maraqlı gələ bilər
    49
    51
    95